Azərbaycanda müəllimlərin sayı artıb


Bu il noyabr ayının 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 1 milyon 552,8 min nəfər olub. Onlardan 884,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 668,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, son bir il ərzində muzdla işləyənlərin sayı iqtisadiyyatın dövlət sektorunda 0,7% və ya 6,6 min nəfər, qeyri-dövlət sektorunda isə 4,4% və ya 28,4 min nəfər artıb.
Muzdla işləyənlərin əksəriyyəti - 21,4%-i və ya 332 min 299 nəfəri müəllim olub. Son bir il ərzində muzdla işləyən müəllimlərin sayı 1419 nəfər artıb.
 

DİGƏR XƏBƏRLƏR

Top