Son 4 aydır Azərbaycanda əməkhaqları niyə azalır?


Bu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 540 manat olub. Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, əvvəlki aylarla - yanvar-sentyabr ayları ilə müqayisədə aylıq nominal əməkhaqqı 50 qəpik azalıb.
Orta aylıq nominal əməkhaqqı yanvar-avqust ayları ilə müqayisədə 1,2 manat, yanvar-iyul ayları ilə müqayisədə isə 2,3 manat azalıb.
Məlumat üçün qeyd edək ki, orta aylıq nominal əməkhaqqı yanvar-iyul aylarında 542,3 manat, yanvar-avqust aylarında 541,2 manat, yanvar-sentyabr aylarında 540,5 manat, yanvar-oktyabr aylarında isə 540 manat olub.
Rəqəmlərdən də göründüyü kimi ilin ikinci yarısından başlayaraq orta aylıq nominal əməkhaqqında azalma müşahidə edilir. Əvvəlki illərdə bu cür tendensiya müşahidə olunmayıb.
Ehtimal etmək olar ki, son 4 aydır ardıcıl olaraq davam edən azalma ilin sonunda orta aylıq əməkhaqqının artım tempini də aşağı salacaq. Bu isə o deməkdir ki, gələn ilin pensiyaları builkindən daha az artacaq. Bildiyiniz kimi, 2006-2017-ci illər ərzində əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi (artıb-azalması) inflyasiya səviyyəsinə görə hesablanırdı. Bu ildən etibarən isə əmək pensiyalarının sığorta hissəsi Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan orta aylıq nominal əməkhaqqının artım tempinə görə indeksləşdirilir. Ötən il orta aylıq nominal əmək haqqı illik müqayisədə  5,7% artığı üçün bu ilin əvvəlində əmək pensiyalarının sığorta hissəsi də 5,7% artırıldı.
Belə görünür ki, əməkhaqqında qeydə alınan bu cür azalma nəticəsində gələn il üçün əmək pensiyalarının sığorta hissəsi ən yaxşı halda cəmi 3% artacaq.
 Son 3 ildə orta aylıq nominal əmək haqqında aylar üzrə qeydə alınan artımlar (əvvəlki illə müqayisədə):

 
 

DİGƏR XƏBƏRLƏR

Top