QƏFİL ÖLÜMLƏRİ ilə bu il Azərbaycanı sarsıdan məşhur həkimlər - SİYAHI

2018-ci ilin başa çatmasına az qalır. Bu il dünyasını dəyişən məşhurlar az olmadı. Tibb sahəsində kifayət qədər tanınmış, məşhurlaşmış həkimlər ili başa vura bilmədilər. Yeniavaz.com saytı bu il qəfil ölümləri ilə insanları sarsıdan həkimlərin siyahısını təqdim edir.
 
- Dünən tanınmış həkim, Azərbaycan Tibb Universitetinin sabiq müəllimi Mehdi Mehdiyev qəfildən keçinib. Bu barədə onun oğlu Aqşin Mehdiyev sosial şəbəkədə məlumat verib: "Atam Şahdağ dağına Heydər Əliyev zirvəsinə qalxan yolda ürəyində problem yaranıb, infarktdan qəflətən keçinib". Qeyd edək ki, Mehdi Mehdiyev kifayət qədər tanınan bir isim olub. Ölkənin tanınmış infeksionist həkimi idi.
 
- Bu il azərbaycanlı həkim Elxan İbrahimov beyninə qan sızmadan vəfat edib. Onu təcili yardımla xəstəxanaya çatdırsalar da, həkimlər həyatını xilas edə bilməyiblər. Mərhum övladlarının təhsili ilə bağlı Türkiyəyə köçmüşdü. E. İbrahimov müxtəlif vaxtlarda N. Tusi adına Klinikanın və Sağlam Ailə Tibb Mərkəzinin baş həkimi olub. Sonuncu iş yeri "İnter Diaqnostik Mərkəz" olub. O, kişilərdə sonsuzluq probleminin həlli üzrə ad-san qazanmışdı.
 
- Azərbaycanın məşhur cərrah mama-ginekoloqu Səbinə Mirzəyeva da bu il qəfil vəfat edib. S. Mirzəyeva ölümündən 1 gün əvvəl Bakıda böyük bir seminar təşkil edibmiş. Hadisə baş verən gün onun səhhəti qəfil pisləşib və insult keçirib. Lakin xəstəxanaya çatdırılanda onun artıq keçindiyi məlum olub. S. Mirzəyeva arterial təzyiqdən əziyyət çəkirmiş və böyrəklərində problem yaranıbmış.
 
- Tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin dosenti Sabir Mirzəyev 53 yaşında dünyasını dəyişib. Onun qəfil vəfat etməsinə ürək çatışmazlığı səbəb olub. Təcilli tibbi yardım çağırılsa da, onu xəstəxanaya çatdırmaq mümkün olmayıb. Sabir Mirzəyev 1 saylı Şəhər Klinik Xəstəxanasında travmatoloq-cərrah işləyirdi. Tanınmış və təcrübəli travmatoloq-cərrahlardan biri idi.
 
- Bioloji Təbabət Klinikasının həkimi, tanınmış nevropatoloq Vahid Məmmədov 2018-ci ildə dünyasını dəyişib. Ali dərəcəli nevropatoloq idi.
 
- Tanınmış həkim Famil Əhmədov bu il həyatını dəyişib. Mərhum uzun müddət idi xroniki xəstəliklərdən əziyyət çəkirdi.
 
- Həkim-ginekoloq Əlizadə Lətafət Məmməd qızı da bu il dünyadan köçüb. O, ürək çatışmamazlığından vəfat edib. L. Əlizadə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdi.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top