Ziya Məmmədovun gətirdiyi avtobuslar hərraca çıxarıldı


Sabiq nəqliyyat naziri Ziya Məmmədovun dövründə Bakıya gətirilən iritutumlu avtobuslar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən satışa çıxarılıb. Nazirliyin Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin tabeli təşkilatı olan 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC hərraca 35 avtobus təqdim edib.

Avtobusların özəlləşdirilməsi məqsədilə 8 yanvar tarixində açıq auksion təşkil ediləcək.

Nazirlik hərraca 27 “Daevo BC212MA”, 8 ədə isə “Man Lion S Klassik A-74” markalı avtobus təqdim edib. Özəlləşdirməyə çıxarılan avtobusların hamısı 2008-2009-cu il istehsalıdır. “Man Lion S Classik A-74” avtobusları 22.500 manata, “Daevoo BC212MA” avtobusları isə 12.150 manata satılacaq.

2008-ci ildə avtobusların alınmasına və gətirilməsinə dövlət büdcəsindən Nəqliyyat Nazirliyinə 25 milyon manat ayrılıb. 2010-cu ildə Nəqliyyat Nazirliyi Cənubi Koreyadan 300 DAEWOO avtobusu alaraq Bakıdakı marşrut xətlərinə buraxıb.(axar.az)

DİGƏR XƏBƏRLƏR

Top