İran təsdiqlədi: Ballistik raketi sınaqdan keçirmişik


İran Silahlı Qüvvələri ballistik raketinin yeni sınaqlarını keçirdiklərini təsdiq edib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu bəyanatla İslam İnqilabı Keşikçiləri Korpusunn Hərbi Kosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə çıxış edib.

O bildirib: “Biz raket sınaqları keçiririk. Bizim sonuncu test buraxılışımız böyük önəm kəsb edib”. General qeyd edib ki, İran hər il öz raketlərinin təqribən 40-50 test buraxılışını həyata keçirir: “Amerika hakimiyyətinin İran raketlərinin sınaqlarına reaksiyası göstərir ki, bu mövzu onlar üçün çox vacibdir”.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo dekabrın 1-də bəyan etmişdi ki, Tehran BMT Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsinə rəğmən, orta mənzilli ballistik raketləri sınaqdan keçirib.

DİGƏR XƏBƏRLƏR

Top