Türkiyə Qara dənizdə hərbi baza tikir


Türkiyə hərbçiləri Qara dəniz sahillərində hərbi dəniz qüvvələrinin bazasının tikintisinə başlayıblar. Yeniavaz.com “Milliyet” qəzetinə istinadla xəbər verir ki, obyekt Gürcüstanla sərhəddən 150 kilometr aralıda, Sürmene yaşayış məntəqəsi ərazisində inşa ediləcək.

Layihə Kerç boğazında Rusiya-Ukryana münaqişəsi fonunda və “Türk axını” boru kəmərinin açılışı fonunda xüsusi aktuallıq qazanıb. Lakin bazanın yaradılması planları hələ “soyuq müharibə” dövründən mövcud olub, Trabzonun şərqində layihənin hazırlanması isə hələ ötən ilin iyulunda başlayıb.

Türkiyə hakimiyyəti ümid edir ki, Qara dənizinin şərq hissəsinin patrulu ilə məşğul olan gəmilərin bazası ölkənin bütün şimal-şərqinin inkişafına təkan verəcək. Həmin ərazidə gəmiqayırma müəsssisələrinin mövcudluğu layihəni həyata keçirmək üçün əlavə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top