Litva parlamenti, Rusiyanın Ukrayna gəmilərinin Kerç Boğazına girişinə icazə verməyərək bağlanması və ukraynalı dənizçiləri saxlamasını müzakirə edib.
Ukrayna prezidenti Petro Poroşenkonun çağışışlarından sonra Litva, Rusiyaya sanksiya tətbiq etmək qərarına gəlib.
Parlamentdə alınan qərarlara görə, Litva tərəfindən Rusiyaya banklar arası pul transferlərində məhdudiyyətlər tətbiq ediləcək.
Bununla yanaşı bütün müttəfiqlərin Rusiyaya neft və qazla bağlı təzyiq etməsi tələb edilib.(modern.az)