Çində “iPhone” smartfonlarının satışı qadağan edildi

 
Çinin Fuçjou şəhər məhkəməsi “Apple” smartfonlarının bəzi modellərinin idxal və satışına ilkin qadağa qoyub. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, satışların qismən məhdudiyyətinə “Qualcomm” şirkəti nail olub.
 
Şirkət Tim Kukun firmasını əqli mülkiyyət hüququnu pozmaqda ittiham edir. “Apple”ın 7 modeli qadağa ilə üzləşib. Bunlar iPhone 6S, 6S Plus, 7, 7 Plus, 8, 8 Plus və X-dır.
 
Xatırladaq ki, iPhone X regiondan asılı olaraq, Snapdragon X16 LTE, yaxud Intel XMM 7480 modemləri ilə komplektləşdirilirdi.  Bu yaz çıxmış yeni iPhone XS, XS Max və XR modellərində isə “Apple” firması “Qualcomm” mikrosxemlərindən tam imtina edərək “Intel” həllərinə üstünlük verib.

DİGƏR XƏBƏRLƏR

Top