Makron Fransada fövqəladə vəziyyət elan etdi, maaşları da 100 avro qaldırdı VİDEO

 
Fransada fövqəladə iqtisadi və sosial vəziyyət elan edildi. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində deyib.
 
O bildirib: “İlk növbədə mən ölkədə fövqəladə iqtisadi vəziyyət elan etmək istərdim”. E. Makron, həmçinin 2019-cu ildən ölkədə minimum əməkhaqqının artırılacağına dair vəd verib: “2019-cu ildən minimum əməkhaqqı ayda 100 avro artacaq”.
 
Prezident qeyd edib ki, işləyən fransızlar ilin sonunda pul mükafatı alacaqlar və ondan vergi tutulmayacaq: “Bütün işverənlər işçilərə  pul mükafatı ödəyə bilərlər, həmin məbləğdən vergi tutulmayacaq”.

 

 

DİGƏR XƏBƏRLƏR

Top