Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd İbrahim əl-Üteybi müxalif jurnalist Camal Qaşıqçının qətlində iştirak edib. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar idarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
Onun sözlərinə görə, Ankara jurnalistin qətlində iştirak etmiş şəxslərin geri qaytarılması ilə bağlı irəli sürdüyü təklifin Ər-Riyad tərəfindən qəbul edilməməsini məyusluqla qarşılayıb.