Azərbaycanda qızla oğlan dəm qazından boğuldu - Evdən meyitləri çıxarıldı


Gəncədə 2 nəfər dəm qazından zəhərlənib.

Hadisə şəhərin Xətai prospektində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, dəm qazından zəhərlənmə diaqnozu ilə 20 yaşlı Seymurla 2002-ci il təvəllüdlü P. Əlizadə xəstəxanaya yerləşdirilib.

Müdaxilələrə baxmayaraq, gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb. Qız isə hazırda reanimasiyadadır.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.//qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top