Moldova Prezidenti 5-ci dəfə vəzifəsindən azad edildi


Moldovanın Konstitusiya Məhkəməsi ölkə Prezidenti İqor Dodonu tutduğu vəzifədən müvəqqəti azad edib.
Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, məqsəd İ. Dodonun imzalamadığı qanunları təsdiq etməkdir. Bu barədə məhkəmənin iclasında qərar qəbul olunub.
Moldova Prezidenti ölkə parlamentinin bir qrup deputatının sorğusu əsasında vəzifəsindən azad olunub. İ.Dodon parlamentin təkrar təsdiq etdiyi bir sıra qanunlaı qəbul etməkdən imtina edib. Onların arasında 9 Mayın Qələbə Günü əvəzinə Avropa Günü elan edlməsi haqqında qanun da var. İndi həmin qanunları ölkə parlamentinin spikeri Andrian Kandu imzalayacaq.
Qeyd edək ki, Moldovada Konstitusiya Məhkəməsinin deputatların təkrar səs verdikləri qanunları qəbul etməkdən imtina edən prezidenti vəzifədən azad etmək hüququ var. İ. Dodon daha əvvəl bu səbəbə görə 4 dəfə müvəqqəti vəzifəsindən azad edilib. 
 

DİGƏR XƏBƏRLƏR

Top