“Arsenal”la - “Qarabağ”ın oyununu kim idarə edəcək?


Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək “Arsenal” - “Qarabağ” oyunun hakimləri müəyyənləşib. Yeniavaz.com xəbər verir ki, görüşə 36 yaşlı Yens Maae təyin olunub.

Ötən il İspaniya və İngiltərə arasında U-17 Avropa çempionatının finalını idarə etmiş danimarkalı referi ilk dəfə təmsilçimizin oyununda baş hakim olacaq.

Onun köməkçiləri isə Lars Humelqor, Heyne Sörensen, Esper Daldır. Əlavə köməkçi hakim qismində Yörqen Burxardtla Morten Kroq fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Emireyts” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

DİGƏR XƏBƏRLƏR

Top