Ən çox silah satan ÖLKƏLƏR



Rusiya 2000-ci illərin əvvəlindən ilk dəfə olaraq silah satışına görə dünyada ikinci yerə çıxıb.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Dünya Problemlərinin Araşdırılması İnstitutunun hazırladığı hesabatda deyilir. Belə ki, Rusiyanın ən böyük müdafiə müəssisələrinin satışı ümumdünya göstəricisində payı 9,5% təşkil edib. Siyahıda birinci yeri ABŞ (57%), ikinci yeri isə Böyük Britaniya (9%) tutur. Hesabata əsasən, 2002-ci illə müqayisədə dünyada silah istehsalı və hərbi xidməti ilə məşğul olan ən böyük 100 müəssisənin satışının ümumi həcmi 2017-ci ildə 44% artaraq 398,2 milyard dollara çatıb.

DİGƏR XƏBƏRLƏR

Top