Ötən ay gömrükdən büdcəyə 274,6 milyon manat daxil olub


Bu ilin noyabr ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxil edilən vəsait ötən ilin analoji dövrü ilə müqayisədə 27,8% artaraq 274 milyon 581,6 min manata çatıb.
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən verilən məlumatlara istinadən bildirir ki, son bir ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 72 milyon 708,4 min manat, əlavə dəyər vergisi üzrə 180 milyon 371 min manat, aksizlər üzrə 17 milyon 40,5 min manat, yol vergisi üzrə isə 4 milyon 461,7 min manat olub.
 

DİGƏR XƏBƏRLƏR

Top