Bakıda ağır qəza: qadın öldü, 2 yaralı var


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Yeniavaz.com publika.az-a istinadən xəbər verir ki, Novxanı qəsəbəsində 99 RH 462 dövlət qeydiyyat nişanlı "Azsamand" markalı avtomobillə 90 AV 404 nömrəli "Toyota" markalı minik maşını toqquşub. Nəticədə "Azsamand"da olan qadın sərnişin aldığı xəsarətlərdən vəfat edib, daha 2 nəfər isə yüngül xəsarətlər alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top