
Fransanın paytaxtı Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1550-ni keçib.
Bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.
Nazir deyib: "Saxlanılanların sayı Paris üçün bir rekord oldu və 1550-ni keçdi. Hələ heç vaxt Parisdə bu qədər insan hüquq-mühafizəorqanları tərəfindən saxlanılmayıb".
Xatırladaq ki, ötən gün Fransada yanacaq vergisinin artırılmasına qarşı ölkə üzrə keçirilən etiraz aksiyalarında ümumilikdə 125 min nəfərin iştirak edib.
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.
Fransa DİN-in məlumatına əsasən, dekabrın 1-i etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.
Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb. (Trend)
***10:24

Dünən Fransada prezident Emmanuel Makronun istefası tələbi ilə keçirilən aksiyanın ciddi fəsadları olub.
"Sarı jiletlilər" adı verilən etirazçılar onlarla avtomobili yandırıb, ətrafdakı mağaza və restoranlara ziyan vurublar.
Polislərlə toqquşmalarda 118 nəfər yaralanıb. Onlardan 17-si polis əməkdaşıdır.
Bundan başqa, müxtəlif şəhərlərdə ümumilikdə 974 nəfər saxlanılıb.
Daxili işlər naziri Kristof Kastanerin sözlərinə görə, aksiyalarda 125 mindən çox insan iştirak edib. Asayişi qorumaq üçün 89 min polis xidmət aparıb.

(Qafqazinfo)
Tətbiqimizi yükləyə bilərsiniz