Dumanlı hava şəariti ağır qəzaya səbəb olub - FOTO


Goranboyda dumanlı hava şəariti ağır qəzaya səbəb olub.
Yeniavaz.com xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax avtomagistalının Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Qatı duman yolu görünməz etiyindən “Hyundai” markalı avtomobil dəmir araskəsmələrə çırpılıb. Nəticədə uzunluğu 4 metrə yaxın dəmir parçası avtomobilin ön hissəsindən girib, arxa şüşəsindən çıxıb. Zərbənin gücündən avtomobilin sol təkəri qırılıb maşından bir neçə metr kənara düşüb. Xoşbəxtlikdən hadisə zamanı avtomobildə yalnız sürücü olub. O, ağır qəzadan möcüzə nəticəsində sağ çıxıb. Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobili yenicə alıbmış. Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Goranboy
 

DİGƏR XƏBƏRLƏR

Top