Ermənistanda parlament seçkiləri keçirilir


Ermənistanda növbədənkənar parlament seçkiləri başlayıb.

Yeniavaz.com xarici KIV-ə istinadən xəbər verir ki, yerli vaxtla saat 08:00-də ölkə üzrə 2000-dən çox seçki məntəqəsi açılıb. Səsvermə saat 20:00-dək davam edəcək.

Mərkəzi Seçki Komissiyası seçkilərdə 9 partiya və iki blokun iştirakını qeydə alıb. Xaricdə yaşayan vətəndaşlar üçün seçki məntəqələrinin açılması nəzərdə tutulmayıb. Onlar yalnız Ermənistana qayıtmaqla səs verə bilər.

Rəsmi məlumata əsasən, 2.5 milyondan artıq seçici səsvermə hüququna malikdir.

Seçkiləri 70 yerli və 32 xarici KİV izləyəcək. Seçkiləri həmçinin 8 beynəlxalq və 22 yerli təşkilatlardan müşahidəçilər izləyəcək.

DİGƏR XƏBƏRLƏR

Top