
İran Prezidenti Həsən Ruhani Qərb və ABŞ-a çox ciddi şəkildə xəbərdarlıq edib. Yeniavaz.com “Sözcü” qəzetinə istinadla xəbər verir ki, onun sözlərinə görə, Tehrana qarşı sanksiyalar davam edəcəyi təqdirdə, ABŞ-a qarşı narkotik, terror və miqrant axını baş verəcək.
H. Ruhani deyib: “Sanksiya tətbiq edənlərə xəbərdarlıq edirəm. Əgər bu sanksiyalar İranın terror və narkotiklərlə mübarizəsinə təsir edərsə, siz narkotik tufanı, miqrantlar, bombalar və terrorçuluq səbəbindən təhlükəsiz şəraitdə olmayacaqsınız”.
Tətbiqimizi yükləyə bilərsiniz