Noyabrın sonunda “Google Earth” servisinin çəkdiyi peyk fotoşəkillərində Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinsk şəhərinin yaxınlığını əks etdirən görüntülərdə “Ukrayna ilə sərhəddə yüzlərlə rus tankı” qeydə alınıb.
Bu barədə “Defence Blog” məlumar yayıb. Hərbi texnika Rusiya-Ukrayna sərhədinin cəmi 18 kilometrliyində yerləşdirilib. Böyük əksəriyyəti T-64 və T-62M olan yüzlərlə tankdan əlavə, şəkillərdə bir neçə min ədəd hərbi yük maşınını da sezmək mümkündür.
Bir neçə gün öncə Ukrayna prezidenti Pyotr Poroşenko bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin desant-hücum bölmələri Rusiya ilə sərhədə atılacaqlar.
Xatırladaq ki, ötən ayın sonlarında Poroşenko imzaladığı fərmanla Ukraynanın bir sıra vilayətlərində - ilk növbədə Rusiya və Dnestryanı ilə sərhəd bölgələrində, eyni zamanda Azov-Kerç hövzəsində hərbi vəziyyət tətbiq edib.
Satellite imagery shows hundreds of Russian tanks near the border with Ukrainehttps://t.co/nF5JypIjRp pic.twitter.com/Y1o23oIIL3
— Defence blog (@Defence_blog) December 8, 2018
(virtualaz.org)