
İran hakimiyyəti dekabrın 6-da ölkənin Çabəhar şəhərində (Sistan və Bəlucistan vilayəti) edilmiş hücumla bağlı 4 şübhəlini saxlayıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məhkəmə orqanları məlumat verib.
Məlumata əsasən, hadisənin təfərrüatının araşdırılması davam edir. Xatırladaq ki, Çabəhardakı polis mənzil-qərargahında partlayış törədildikdən sonra atışma başlayıb. Partlayıcı qurğu avtomobildə yerləşdirilib. Hücum zamanı 2 nəfər həlak olub, 40 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti öz üzərinə “Ənsar əl-Furkan” ekstremist qruplaşması götürüb.