Evdən 1,5 kiloqram qızıl oğurlayan Ağa Tağıyev saxlanıldı - RƏSMİ


Ağcabədidə evdən kilo yarım qızıl oğurlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 2-də rayonun Avşar kəndi ərazisindəki evlərin birindən 1 kiloqram 500 qramlıq qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini Ağa Tağıyev saxlanılıb.

Araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top