
Belçikanın paytaxtı Brüsseldə “sarı jiletlilərin” icazəsiz aksiyasında yüzə yaxın etirazçı tutulub. Bunu İlse rayon polis şöbəsinin təmsilçisi Van de Keere bildirib.
Onun sözlərinə görə, özünü şübhəli aparan və ya üzərlərində təhlükəli alətləri olan vətəndaşlar tutulub. Van de Keere asayişi təmin edən polis əməkdaşlarının sayını dədiq söyləyə bilməsə də təhlükəsizlik tədbirlərinin gücləndiyini deyib.
Hazırda yürüşçülər şəhərin mərkəzi küçəsində hərəkət edir. Aksiya nəticəsində avtomobil yolları bağlanıb. Onların bir qrupu diplomatik nümayəndəliklərin yaxınlığında və Avropa məhəlləsinin girişində dayanıb.
Qeyd edək ki, noyabrın 30-da Brüsseldə keçirilən etiraz zamanı “sarı jiletlilər” polisin iki avtomobilinin yandırmışdı.(report)
Tətbiqimizi yükləyə bilərsiniz