
Böyük Britaniya “Skripalın işi” üzrə Kremlə daha yaxın 6 oliqarxa qarşı təzyiq göstərmək niyyətindədir. Yeniavaz.com “Rosbalt” agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Tereza Mey xüsusi xidmət orqanları üçün oliqarxlardan ibarət “qara siyahı” hazırlayıb.
Siyahıya Roman Abramoviç, İqor Seçin, Arkadi və Boris Rotenberqlər, Alişer Usmanov və Oleq Deripaska daxil olublar. Həmin şəxslər Rusiya Prezidenti Vladimir Putinlə çox sıx peşəkar və maliyyə münasibətləri olanlar kimi identifikasiya edilib. Bildirilir ki, onlar bir sıra istiqamətlər üzrə Kremllə sövdələşmələrdə iştirak edirlər, öz maliyyə imkanlarını Rusiya dövləti xeyrinə istifadə edirlər.