Bakıda Tovuz sakinini avtomobil vuraraq öldürüb


Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, dekabrın 7-də saat 23 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüqar Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Elməddin Mirzəyevi vurub.

Piyada xəstəxanaya aparılarakən yolda ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top