
Fəxrəddin Manafovun görkəmli aktyor və sənətkar kimi bütün teatrlarda yeri var.
Bunu tanınmış sənətkar, Xalq artisti Ramiz Məlik Xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından getməsinə, istefasına münasibətini bildirərkən deyib.
O, qeyd edib ki, F. Manafov özünə hörmət qoyan sənətkardır.
“Əgər orda onun hissiyyatına toxummasaydılar, o, bu addımı atmazdı.
Fəqət, Fəxrəddinin bir görkəmli aktyor kimi bütün teatrlarda yeri var”, - deyə, Xalq artisti sözlərinə əlavə edib.(oxu.az)