
Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində "Kamaz" və "VAZ-21 07" markalı avtomobillər toqquşub.
Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, qəza zamanı Zaur Nəsibov dünyasını dəyişib, avtomobildə olan digər 3 nəfər - 1992-ci il təvəllüdlü Həsənov Orxan İmamverdi oğlu, 1985-ci il təvəllüdlü Qəhrəmanov Habil Vaqif oğlu və 1996-ci il təvəllüdlü Bəkirov Səbuhi İlqar oğlu ağır bədən xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Lakin yaralılar sonradan müalicələrini davam etdirmək üçün Bakı şəhərinə göndəriliblər.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                