Merkelin xələfi seçildi


 
Almaniyada Xristian-Demokratik İttifaqının (XDİ) yeni sədri Anneqret Kramp-Karrenbauer seçilib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, o, pariya qurultayında bu vəzifəyə layiq görülüb.
 
Qurultay deleqatlarının 51%-i A. Kramp-Karrenbauerin namizədliyinin lehinə səs veriblər. O bu vəzifədə Almaniya Kansleri Angela Merkeli əvəz edib. A. Merkel 2000-ci ildən XDİ-yə başçılıq edir.
 
A.Kramp-Karrenbauer son zamanlar miqrantlara qarşı daha sərt addımların atılmasını istəyir, eynicinsli nikahlara neqativ yanaşır, Almaniya-Amerika dostluğunu yüksək qiymətləndirir, Rusiyaya qarşı sanksiyaları dəstəkləyir. O, 1962-ci ildə Fyolklinqen şəhərində anadan olub.

DİGƏR XƏBƏRLƏR

Top