"2040-cı ilədək neftin qiyməti 60 dollardan aşağı düşməyəcək"

 
Qaz İxracatçısı Ölkələrinin Forumu (QİÖF) neftin qiymətinin 2040-ci ilədək 1 barelə görə 60 dollardan aşağı düşməyəcəyini proqnozlaşdırır. Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə təşkilatına hazırladığı “Global Gas Outlook 2040” adlı hesabatında deyilir.
 
Qrafikə əsasən, neft 2022-ci ilədək indiki səviyyədən 61 dollara qədər düşəcək, bundan sonra artım başlayacaq. Neftin qiyməti 2030-cu ildə 1 barelə görə 70 dollara çatacaq və bu səviyyə hələ ən azı 2040-cı ilə qədər qalacaq.
 
Təşkilatın proqnozuna əsasən, dünyada təbii qazın istehsal artımı 2040-cı ilədək 1,7% təşkil edəcək. ABŞ, Rusiya, Çin və İran bu artıma ən böyük töhfəni verəcəklər. 2040-cı ilə kimi dünyada qaza olan tələbatın artışı  46%-ə, yəni 5,43 trilyon kubmetrə çatacaq.
 
Qeyd edək ki, QİÖF dünyanın qabaqcıl qaz ixracatçılarını birləşdirən hökumətlərarası təşkilatdır. Təşkilatın üzvləri Əlcəzair, Boloviya, Venesuela, Misir, İran, Qətər, Liviya, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Trinidad və Tobaqo, Ekvatorial Qvineyadır. Dünyada təsdiq edilmiş qaz ehtiyatlarının 70%-i bu ölkələrin payına düşür.

DİGƏR XƏBƏRLƏR

Top