Xocasən yolunda avtobusun aşması nəticəsində 9 nəfər yaralanıb - FOTOLAR + VİDEO


Bir qədər əvvəl Bakı-Sumqayıt yolunda 20 yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TG174 DQN-lı avtobus qəzaya uğrayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. M.Ağayev bildirib ki, hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agnetliyinin əməkdaşları hadisə yerinə yollanıb: "İlkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq".

M.Ağayev Yeniavaz.com-a açıqlamasında hadisə nəticəsində 8 nəfər müxtəlif bədən xəsarətləri alıb: "Artıq həmin 8 nəfərdən bəzilərinin tibbi yardım aldıqdan sonra evə buraxıldığına dair məlumat almışıq".

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardımın 12 briqadası gəlib. Xəsarət alanlardan iki nəfər Respublika Kliniki Xəstəxanaya, digərləri isə Tibbi Kliniki Mərkəzə yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

DİGƏR XƏBƏRLƏR

Top