Nazirlik rəsmisindən Şaxta babaya məktub yazan şagirdlə bağlı AÇIQLAMA


7-ci sinif şagirdinin Şaxta babaya yazdığı məktub insanlar tərəfindən maraqla qarşılanıb. Masallı rayonunun Bədalan kənd məktəbində oxuyan şagird Şaxta babaya yazdığı məktubda atasından sonra anasını da itirdiyini və bu səbəbdən çox kədərli olduğunu bildirib.
 Yeniavaz.com xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə 7-ci sinif şagirdinin Şaxta Babaya yazdığı məktuba münasibət bildirib: "Sosial şəbəkələrdə və saytlarda Masallının Bədəlan kəndindən olan, hər iki valideynini itirmiş 11 yaşlı Tufanın Şaxta babaya məktubu yayılıb. Bununla bağlı bildirmək istəyirəm ki, Əşrəfov Tufan Bağır oğlu Masallının Dəmirçi kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdidir. Özü Bədəlan kəndindəndir. Məktəbdən verilən məlumata görə, nümunəvi şagirddir, dərslərini yaxşı oxuyur. Tufan dayısının və babasının himayəsində yaşayır. Təhsil Nazirliyi Yeni il ərəfəsində Tufanı ziyarət edəcək və öz sovqatı ilə onu sevindirəcək".

DİGƏR XƏBƏRLƏR

Top