Koçaryan həbs ediləcək - Məhkəmə qərarı


Ermənistanın Apelyasiya Məhkəməsi 2008-ci ildə konstitusiya quruluşunu devirməkdə ittiham olunan ölkənin keçmiş Prezidenti Robert Koçaryanın həbsinə icazə verib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu R.Koçaryanın vəkillər komandasının üzvü Ayk Alumyan deyib.

Onun sözlərinə görə, Apelyasiya Məhkəməsi R.Koçaryanın həbsi haqqında birinci instansiyanın qərarını qüvvədə saxlayıb: “Məhkəmənin qərarı o deməkdir ki, ölkənin ikinci Prezidenti həbs olunacaq”. Qeyd edək ki, eks-prezident məhkəmə iclasına gəlməyib. 
 

DİGƏR XƏBƏRLƏR

Top