Verilən kreditlərin neçə faizi vaxtında geri qaytarılmayıb?


Bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 12 milyard 281,3 milyon manat kredit verilib. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, bu ilin əvvəli ilə müqayisədə verilən kreditlərin həcmi 4,4% və ya 523,5 milyon manat artıb.
Verilən kreditlərlə bərabər problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin də həcmi artıb. Belə ki, bu ilin əvvəli ilə müqayisədə problemli kreditlərin həcmi 71,9 milyon manat və ya 4,4% artaraq  1 milyard 698,6 milyon manata yüksəlib.
Qeyd edək ki, vaxtı keçmiş kreditlər ümumi kredit portfelindəki payı isə ilin əvvəlində oduğu kimi - 13,8% olub.
Onu da bildirək ki, milli valyutada verilən 7 milyard 639,6 milyon manatlıq kreditlərin 821,1 milyon manatı, xarici valyutada verilən 4 milyard 641,7 milyon manatlıq kreditlərin isə 877,5 milyon manatı vaxtında geri qaytarılmayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top