Ukrayna müdafiə naziri: 100 min rus hərbçisi sərhədlərimiz yaxınlığında yerləşdirilib



Rusiya ilə irimiqyaslı müharibə təhlükəsi təəssüf ki, mövcuddur. Yeniavaz.com “Moskovski komsomolets” qəzetinə istinadla xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak deyib.

Onun sözlərinə görə, hərbi vəziyyət rejiminin tətbiq edilməsinin səbəbərindən biri də məhz açıq aqressiya olub: “Hazırda Rusiya Ukrayna ilə sərhədə 29 taktiki-batalyon qrupu cəmləyib. Qruplaşmanın ümumi sayı praktiki olaraq 100 min nəfər təşkil edir. Bunlar müəyyən məktəb və hazırlıq keçmiş insanlar deyil, onlar təlim və hərbi nizam keçmiş şəxsi heyətdir”.

S.Poltorak qeyd edib ki, Rusiyalı hərbçilərin irimiqyaslı hərbi aqressiyaya başlamaq üçün müəyyən resurs, hərbi sursat, yanacaq-sürtkü materialları və ərzaq ehtiyatları var: “Onların sərhəddə yerləşən qruplaşmanı  xeyli gücləndirmək imkanı var. Və bunu hər gün edirlər, təyyarələri sərhədə yaxın göndərirlər, sərhədlərimizin yaxınlığında  tanklar və yeni hissəələr yerləşdirirlər”.

DİGƏR XƏBƏRLƏR

Top