Polis CNN-in ofisində partlayıcı qurğu tapmayıb


Nyu-York polisi CNN telekanalının ofisinin yerləşdiyi biznes mərkəzinin binasında heç bir partlayıcı qurğu tapmayıb. Bu barədə yerli polis bildirib.

Nyu-York şəhər Polis Departamenti telekanalın ofisinin yerləşdiyi binaya partlayış təhdidi ilə zəng daxil olduğunu təsdiqləyib. Qeyd olunur ki, biznes mərkəzi binasında partlayıcı qurğu aşkarlanmayıb.

*** 08:45

Nyu-York polisi "Time Warner Center" binasındakı insanları bomba haqqında məlumatla əlaqədar təxliyyə edib.

Bu barədə CNN telekanalının aparıcısı Don Lemon "Twitter"də bildirib.

"Mənim şou proqramımın canlı efirdə qızğın vaxtı biz təxliyyə edildik. Bomba haqqında məlumat", - deyə o qeyd edib. 

Aparıcı əlavə edib ki, hadisə yerində polis işləyir.

Məlumatı telekanal özü də təsdiqləyib. (report)

DİGƏR XƏBƏRLƏR

Top