Məktəbli etdiyi hərəkət ilə minlərlə insana nümunə oldu - VİDEO


Türkiyədə bir məktəblinin hərəkəti mətbuatda və sosial şəbəkələrdə maraqla qarşılanıb.

Görməsi zəif olan qızın ayaqqabısının ipləri açılıb. Lakin qız buna fikir verməyərək və təbii ki, ipi bağlaya bilməyəcəyi üçün elə gedirmiş. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu görən məktəb yoldaşı bir oğlan qızı saxlayıb və onun ayaqqabısının iplərini bağlayıb. Bu hadisə təhlükəsizlik kameralarında əks olunub. Həmin video sosial şəbəkələrdə paylaşılıb və hər kəs tərəfindən maraqla qarşılanıb.(Sputnik)

DİGƏR XƏBƏRLƏR

Top