
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti baş katibi Belarus nümayəndəsi ola bilər. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Yüksək Avrsiya İqtisadi Şurasının iclasından sonra deyib.
O bildirib: “Biz gözlənilmədən az qala KTMT-nin iclasını keçirdik və prinsipcə baş katibin təyin edilməsi problemini həll etdik”. A.Lukaşenkonun sözlərinə görə, danışıqlar tərəfləri namizədin seçilməsi mexanizmi barədə razılıq əldə etməyə nail olublar.
Lakin Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın mətbuat katibi Arman Yeqoyan Belarus Prezidentinin sözlərini təkzib edib: “Məlum olduğu kimi KTMT-nin iclası olmayıb. Ermənistanın bu məsələdə mövqeyi heç bir dəyişikliyə məruz qalıb”.
Tətbiqimizi yükləyə bilərsiniz