
Neft İxrac Edən Ölkələri Təşkilatının (OPEC) üzvləri Vyanada keçirilmiş iclasda neft hasilatının azaldılması ilə bağlı konsensus əldə edə bilməyiblər. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih deyib.
Onun sözlərinə görə, dekabrın 7-də də sazişin əldə olunacağına əmin deyil: “Həmin tarixdə OPEC təşkilata daxil olmayan ölkələrlə hasilatın azaldılması məsələsini müzakirə edəcək”. Lakin nazir ümid etdiyini bildirib ki, bu, axır ki, baş verəcək: “Biz yenə də istəyirik ki, Rusiya mümkün qədər daha çox hasilatı azaltsın”.
Tətbiqimizi yükləyə bilərsiniz