Xudatda partlayış: yaralananlar var


Bu gün axşam saatlarında Xudat şəhərinin Əliağa Vahid küçəsində yaşayış evlərinin birində partlayış baş verib. Partlayış nəticəsində evdə olan iki nəfər ağır xəsarət alıb.

Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, partlayışa səbəb qaz balonunun partlaması olub.

Faktla bağlı araşdırma aparılır.(AzərTac)

DİGƏR XƏBƏRLƏR

Top