Ukrayna və Rusiya arasında dostluq bu tarixdə bitəcək



Ali Radanın deputatları Ukrayna və Rusiya arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin fəaliyyətinin dayandırılmasını qəbul edib. Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bu qərarın lehinə 277 deputat səs verib.

Ukrayna Prezidenti Petro Poroşenkonun parlamentə təqdim etdiyi qanun layihəsinə əsasən, dostluq haqqında müqavilənin fəaliyyət müddəti 1 aprel 2019-cu ildən dayanır. Müqavilə 1997-ci ilin mayında bağlanıb, 1998-ci ili yanvarında ratifikasiya olunub, 1999-cu il aprelin 1-dən qüvvəyə minib və hər 10 ildən bir uzadılıb.

DİGƏR XƏBƏRLƏR

Top