Neft Fondu gəlirlərini AÇIQLADI


Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 8 milyard 960 milyon dollar daxil olub. Bu barədə yeniavaz.com-a ARDNF-dən məlumat verilib.
Məlumatda bildirilir ki, bu ilin il 11 ayında "Şahdəniz" yatağından hasil edilən kondensat satışından Fonda 222 milyon dolları daxil olub.
ARDNF 2001-ci ildən bu ilin dekabr ayının 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından ümumilikdə 137 milyard 446 milyon dollar gəlir əldə edib. Fond eyni zamanda 2007-ci ildən bu ilin dekabr ayının 1-dək "Şahdəniz" yatağı üzrə qazın satışından ümumilikdə 2 milyard 506 milyon dollar gəlir əldə edib.
 
 

DİGƏR XƏBƏRLƏR

Top