Banklar əmanət faizlərini aşağı salıb


Bu ilin noyabr ayının əvvəlinə əhali tərəfindən banklarda yerləşdirilən əmanətlərin həcmi 8 milyard 140,1 milyon manata təşkil edib.
Yeniavaz.com-un Mərkəzi Bankdan açıqlanan statistik göstəricilərə istinadən apardığı hesablamaya görə, son bir ay ərzində əmanətlərin həcmi 0,7% və ya 59,1 milyon manat azalıb. 
Məlumat üçün bildirək ki, son bir il ərzində milli valyutada yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi 7,7%-dən 7,2%-ə, xarici valyutada yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi isə 3,2%-dən 2%-ə düşüb.
Ümumilikdə isə əmanətlər üzrə orta faiz dərəcəsi son bir ildə 4,5%-dən 3,9%- düşüb.

DİGƏR XƏBƏRLƏR

Top