Bu il Azərbaycanda öz ərizəsi ilə işdən çıxarılan vəzifəli şəxslər - SİYAHI

Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu gün yerli mətbuata müsahibəsində vəzifədən öz ərizəsi əsasında azad olunduğunu açıqlayıb.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda xeyli vəzifəli şəxs öz ərizələri ilə işdən azad olunublar. Yeniavaz.com saytı onların siyahısını təqdim edir.
1. Sabiq Vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsindən istefa verib. Fazil Məmmədov öz ərizəsi ilə istefaya gedib.
2. Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rəsim Quliyev səhhəti ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub.
3. "Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.
4. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Rövşən Cəlilov öz ərizəsi ilə işdən azad edilib.
5. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Qasım Əliyev öz ərizəsi ilə vəzifəsindən çıxarılıb.
6. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə rəisi Fərid Hüseynov öz ərizəsi ilə istefa verib.
5. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov öz ərizəsi ilə vəzifəsindən azad edilib.
6. Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun oğlu Vergilər Nazirliyində tutduğu vəzifədən öz ərizəsi ilə azad edilib.
7. "Azərpoçt" MMC-nin Risklərin idarə edilməsi şöbə rəisi Rauf Dünyamalıyev öz ərizəsi ilə işdən çıxıb.
8. Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Sərviz Süleymanov öz ərizəsinə əsasən, işdən çıxarılıb.
9. Əməkdar artist Zöhrə Abdullayevanın oğlu, mərhum İsrafil Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi vəzifəsindən səhhətində yaranmış problemlə əlaqədar öz ərizəsi ilə çıxmışdı.
10. Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova öz ərizəsi ilə işdən çıxarılıb.
11. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin sədri Tərlan Xəlilov öz ərizəsi ilə işdən çıxıb.
12. Maliyyə Nazirliyinin Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Natiq Cabbarov öz ərizəsi ilə vəzifəsindən azad olunub.
13. Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Nəriman Sadıq oğlu Baxşəliyev tutduğu vəzifədən öz ərizəsi ilə azad edilib.
14. Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
15. Sumqayıt Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Rahim Mustafayev öz ərizəsi ilə işdən çıxarılıb.
16. Salyan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Elman Tahir oğlu Hənifəli öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
17. Daşkəsən rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Şahbaz Əliş oğlu Mehdiyev tutduğu vəzifədən azad edilib. Ş. Mehdiyev öz ərizəsi ilə işdən ayrılıb.
18. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Elxan Məmmədov vəzifəsindən işdən çıxarılıb.
19. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin informasiya proqramları studiyasının direktoru Mehriban Məmmədovanın şirkətdəki fəaliyyətinə öz ərizəsi ilə son verilib.
21. İTV-nin İnformasiya Departamentinin direktoru Ələsgər Vəliyev öz ərizəsi ilə işdən çıxarılıb.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top