Rusiyanın Baş Qərargah rəisi: Suriyadan Türkiyə və İraqa neft daşınır


Suriyanın şərqində beynəlxalq koalisiya qüvvələrinin nəzarət etdiyi ərazilərdən Türkiyə və İraqa tankerlərlərlə neft daşınır.
Yeniavaz.com “Cümhuriyet” qəzetinə istinadla xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib. Onun sözlərinə görə, Rusiya kəşfiyyatı bu cür tanker karvanını mütəmadi olaraq təsbit edir.
V.Gerasimov bildirib ki, neft gəlirlərindən İŞİD də faydalanır: “Neft satışından əldə olunan gəlir İŞİD silahlılarının maliyyələşdirilməsi üçün də xərclənir”.
V. Gerasimov, həmçinin qeyd edib ki, ABŞ Suriyada müstəqil kürd dövləti qurmağa çalışır: “Hazırda Şimali Suriya Demokratik Federasiya adı verilən struktur üçün hökumət qurulur. Kürdlərin ərəb qəbilələrinə qarşı gücdən istifadəsinə icazə verilir”.

DİGƏR XƏBƏRLƏR

Top