Türkiyə həbsxanalarında saxlanılan şəxslərin sayı kəskin artıb


Son 5 ildə Türkiyədə həbsxanalarda saxlanılan şəxslərin sayı 61,2% və ya 88 min 242 nədər artıb. Yeniavaz.com Türkiyə Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən 2013-cü ildə Türkiyədə penitensiar müəssisələrdə cəza cəkənlərin sayı 144 min 98 nəfər olduğu halda, ötən il bu göstərici 232 min 340 nəfər olub. Əvvəlki illə müqayisədə məhbusların sayı ötən il ərzində 15,7% və ya 31 min 613 nəfər artıb.
Bu ilin əvvəlinə olan məlumata görə penitensiar müəssisələrdə saxlanılanların 34,1%-i və ya 79 min 228 nəfəri barəsində məhkəmə prosesi davam edir.
Penitensiar müəssisələrdə saxlanılanların  95,7% -i kişilər, 4,3% -i isə qadınlar olub. Ümumilikdə isə Türkiyədə hər 100 min  nəfərdən 288-i həbsdədir. Bu göstərici 2013-ci ildə 188 nəfər olub.
 
 

DİGƏR XƏBƏRLƏR

Top