Dünyada işsizliyin səviyyəsi ən aşağı həddə çatıb


Dünyada işsizlik səviyyəsi bu ilin sentyabrında cəmi 5,2% təşkil edib ki, bu da 2010-cu illə müqayisədə 2,8 faiz bənd aşağıdır və 1980-ci ildən bəri ən aşağı göstəriciyə çatıb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə İsveçrənin UBS bankının araşdırmasında deyilir.
Bildirilir ki, Avropa və Şimali Amerikada işsizliyin səviyyəsi hazırda heç vaxt olmadığı qədər aşağıdır, eləcə də o, Asiya-Sakit okean regionunda hələ də aşağıdır. UBS-nin maliyyə ekspertləri 48 inkişaf etmiş və inkişaf etməkdə olan ölkəni tədqiq ediblər, onların dünya istehsalına ümumi töhfəsi 84%-ə çatır.
Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, 2018-ci ilin sonunadək dünyanın inkişaf etmiş ölkələrində işsizliyin orta səviyyəsi ilk dəfə təqribən 50 il ərzində 5,2%-ə enəcək.

DİGƏR XƏBƏRLƏR

Top