Xəstəxanada ölən qızın anası: "Reanimasiyada sistemləri köçürüb komaya saldılar" - FOTO


Yevlaxda 18 yaşlı qız xəstəxanada dünyasını dəyişib.
Yevlax rayon sakini Sona Əliyeva ötən gecə səhhətində yaranan narahatlığa görə, təcili yardımla Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, tibb ocağında müayinə edilən gənc qadın səhər saatlarında vəfat edib.
Sona Əliyevanın meyiti müayinə üçün morqa yerləşdirilib. Baş verən hadisə ilə bağlı xəstəxanadan hər hansı açıqlama verilməyib.
Mərhumun anası Mahirə Əliyeva deyib ki, qızının başı ağrıdığına görə təcili yardım çağırıblar: "Reanimasiyada sistem köçürüb qızımı komaya saldılar. Sistem köçürəndən sonra axşam olduğuna görə, həkimlər gedib yatıblar. Səhər xəstəxanaya getmişəm, mənə deyirlər başın sağ olun. Gecə uşağın təzyiqi tamam düşüb, baxmayıblar. Uşağımı öldürüb əlimə verdilər”. 
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top