İtaliyada yanacaqdoldurma məntəqəsində partlayış - 15 yaralı


İtaliyanın Rieti şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Partlayışdan sonra məntəqədə güclü yanğın başlayıb.

Hadisə nəticəsində azı 15 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri yanğınsöndürənlərdir.

İlkin məlumatlara əsasən, partlayış yanacaqdaşıyan maşında baş verib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top