Bakıda bankların bankomatı bağlanıb


Bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda quraşdırılan bankomatların ümumi sayı 2 min 492 ədəd olub. Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, son bir ay ərzində ölkədəki bankomatların sayı 13 ədəd artıb. Verilən məlumatda həmçinin bildirilir ki, bankomatların 1325 ədədi Bakıda, 1167 ədədi isə regionlarda quraşdırılıb.

Bu ilin oktyabr ayında Bakıda quraşdırılan bankomatların sayı 8 ədəd azalıb, regionlarda quraşdırılan bankomatların sayı isə 21 ədəd artıb.
Mərkəzi Bankın məlumatında həmçinin qeyd olunur ki, bankomatlardan fərqli olaraq POS-terminalların da sayında azalma olub. Son bir ay ərzində POS-terminalların sayı 108 ədəd azalaraq 65 min 970-dən 65 min 862 ədədə düşüb.
 
 

DİGƏR XƏBƏRLƏR

Top